Rusiya güclü itki verdi


Son bir həftə ərzində Ukrayna dəniz piyadaları yüzlərlə rus işğalçısını, xüsusilə də düşmənin xeyli texnikasını və silahını məhv edib.


AFN.az-ın məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin "Facebook" səhifəsində yerləşdirilmiş məlumatda belə deyilir.
Qeyd edilir ki, Rusiya ordusunun 278 nəfər canlı qüvvəsi, düşmənin 8 tankı, 14 zirehli döyüş maşını, 13 ədəd avtomobil texnikası, iki minaatan və 14 artilleriya sistemi məhv edilib.
Bundan başqa, düşmənin iki xüsusi texnikası, bir zenit müdafiə qurğusu, iki qanadlı raketi və bir sursat anbarı məhv edilib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu