Azərbaycan Ermənistanla eyni qrupa düşdü


2023-cü ildə 16 yaşadək basketbolçular arasında Kosovanın paytaxtı Priştinada keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.


Püşkün nəticəsinə əsasən, Azərbaycan Ermənistanla eyni qrupa düşüb.

Yığmamız C Divizionunun B qrupunda Ermənistanla yanaşı, Albaniya, San Marino və Kipr yığmaları ilə mübarizə aparacaq.

Qeyd edək ki, yarış bu ilin 19-27 iyul tarixilərində baş tutacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu