Çempionlar Liqası matçları “İctimai TV”də də yayımlanacaq


UEFA Çempionlar Liqasının 1/8 final və 1/4 final qarşılaşmaları İctimai Televiziyada canlı yayımlanacaq.


AFN.az xəbər verir ki, bu, “Saran Media” və ölkə ərazisində turnirin əsas yayımçısı “CBC Sport” telekanalı ilə əldə edilən razılaşma əsasında baş tutacaq.

Bu raundlarda keçirilən və “CBC Sport”da göstərilməyən görüşlər İctimai Televiziyanın efirində nümayiş olunacaq.

İlk olaraq bu gecə saat 00:00-da “Milan” – “Tottenhem” qarşılaşması təqdim ediləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu