İspaniya axtarış-xilasetmə qrupunu vətəndaşlar gül-çiçəklə yola salıblar - VİDEO


Kahramanmaraşda baş verən zəlzələdən zərərçəkənlərin xilasetmə işlərində ürəkdən mübarizə aparan və çox sayda insanın həyatını xilas edən İspaniya axtarış-xilasetmə qrupu Türkiyəni tərk edib.


AFN.az xəbər verir ki, rəsmilər və vətəndaşlar ispanları gül-çiçəklə yola salıblar. İspanlar isə türk xalqının mehribanlığını və istiqanlılığını unutmayacaqlarını bildiriblər.

Adıyamanda çalışan İspan axtarış-xilasetmə qrupu Twitter-də paylaşdıqları paylaşımda missiyasını başa vuraraq ölkələrinə qayıtdıqlarını açıqlayıb. İspaniya komandası türk xalqının avtobusun şüşələrindən əl yelləyərək onları qucaqladığı anları izləyicilərlə bölüşüb. Valensiya Yanğın Departamentinin ekipaj rəisi Xose Varea daha əvvəl bir çox zəlzələ bölgələrində olduğunu bildirərək, “Biz əlimizdən gələni etdik. Çətin vəziyyət idi. Təəssüf ki, zəlzələnin 3-cü günündə gəldik. Təəssüf ki, heç bir heyvanı çıxara bilmədik. Biz cəsədləri çıxarmağa kömək etsək də, təəssüf ki, canlı surətdə kimisə çıxara bilmədik. Mən əvvəllər zəlzələ bölgələrində olmuşam, bu qədər fəlakət görməmişdim. Həyatımda ilk dəfə belə bir şey görürdüm" - deyib.

Qrupu rəsmi Tvitter səhifəsində bunlar bildirilib: “Çox çətin anlar yaşadıq, Türkiyə vətəndaşları və xilasetmə qrupları ilə birgə tapşırıqlar icra etdik. Ruhumuzda ağrı var, amma verilən tapşırıqları yerinə yetirdikdən sonra İspaniyaya qayıtmalıyıq. Türkiyədən olan qardaşlarımız, ürəyimizdəsiniz. Türk xalqının istiqanlılığı və mehribanlığından çox təsirləndik”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu