Kadırovun köməkçis zəhərləndi


Çeçenistan prezidenti Ramzan Kadırov köməkçisi, 2-ci Ordu Korpusunun komandirinin müavini Aptı Alaudinovun zəhərləndiyini açıqlayıb.


AFN.az xəbər verir ki, Kadırov Alaudinova gələn məktubun zərfi zəhərli maddə ilə isladıldığını bildirib. "Alaudinova bunu zərfdən gələn spesifik qoxu ilə başa düşüb. O, vaxtında tədbir görərək əllərini təmizləyib, burun boşluğunu yaxalayıb. Zərfə əl vuran digər şəxslər də bu tədbirləri görüblər. Hazırda onların həyatı üçün təhlükə yoxdur" - deyə Çeçenistan prezidenti qeyd edib.

Kadırov bildirib ki, zərərçəkmişlər xəstəxanaya yerləşdirilib, onlara lazımi yardım göstərilib: “Hazırda zəhərlənənlər Moskva xəstəxanalarından birindədirlər. Bu sui-qəsd cəhdinin təşkilatçıları, bu işdə əli olanların kimliyi ilə bağlı müvafiq araşdırmalar aparılır. Artıq nəticələrimiz də var, vaxtı gələndə açıqlanacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu