Kahramanmaraşda torpaqda kilometrlərlə uzanan çat yarandı - FOTO


Kahramanmaraşın Tevekkeli kəndində torpaqda kilometrlərlə uzanan çat fevralın 6-da baş verən zəlzələnin şiddətini bir daha ortaya qoyub.


AFN.az xəbər verir ki, episentri Kahramanmaraş olan təbii fəlakət 10 əyalətdə böyük dağıntılara səbəb olub. Bölgədə qruplar bir an belə ümidlərini itirmədən dağıntılar altında zəlzələ qurbanlarına çıxartmağa çalışır.

Kahramanmaraşın Tevekkeli kəndində yerin kilometrlərlə uzunluğunda çatlaması isə mütəxəssislərin fikrincə, zəlzələnin hədsiz miqyasda böyüklüyünü göstərir. Dokuz Eylül Universiteti Zəlzələ Araşdırma və Tətbiq Mərkəzinin (DAUM) direktoru Hasan Sözbilir torpaqdakı çatı araşdırdıqlarını bildirib.

Sözbilir, verdiyi yazılı açıqlamada zəlzələ sonrası Afyon Kocatepe Universiteti Zəlzələ Tətbiq və Araşdırma Mərkəzi müdiri Çağlar Özkaymak və Əskişəhər Osmanqazi Universiteti müəllimi Volkan Karabacak ilə Kahramanmaraşda araşdırma apardıqlarını ifadə edib. Araşdırma zamanı həmin çatı aşkarlayıblar və hazırda hadisə yerində tədqiqat davam edir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu