Rusiya səfiri Moldovada XİN-ə çağırıldı
Rusiyanın Moldovadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlıa Moldova XİN-dən açıqlama verilib. Bildirilir ki, səfirin idarəyə çağırılmasına səbəb Rusiyanın Moldovanın hava məkanını pozmasıdır.
Belə ki, bu gün Rusiyanın Ukraynaya atdığı raketlərdən biri Moldovanın hava məkanına daxil olub. Öz növbəsində Moldova Müdafiə Nazirliyi məlumatı təsdiqləyib. Durumun diqqətlə izləndiyini bildirən Moldova Müdafiə Nazirliyi Rusiyanın bu addımını qətiyyətlə pisləyib.