Sözün bitdiyi yer: Zəlzələdə ölənlər nömrəli məzarlarda dəfn edilir - FOTOLAR


Episentri Kahramanmaraş olan və Türkiyənin 10 vilayətini əhatə edən, güclü dağıntıya, insan tələfatına səbəb olan zəlzələdə həyatını itirənlər dəfn edilir.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, təbii fəlakətdən ciddi ziyan çəkən vilayətlərdən biri olan Hatayın Antakya rayonunda zəlzələ qəbiristanlığı yaradılıb. Həyatını itirənlərn nəşləri qazılmış və nömrələnmiş qəbirlərə dəfn edilir.

Antakyada dəfn mərasimləri AFAD-ın koordinasiyası ilə aparılır. Tikinti texnikasının təşkil etdiyi ərazidə meyitlərin yuyulması, kəfənlənməsi və dualar oxunması sahələri yaradılıb. Xəstəxanada yarılma əməliyyatı tamamlanan cənazələr nəqliyyat vasitələri ilə zəlzələ qəbiristanlığı ərazisinə gətirilir və bütün dini ayinlər yerinə yetirilərək dəfn edilir. Cənazələr namazdan sonra Dənizli İl Müftiliyi tərəfindən təyin edilmiş din xadimlərinin müşayiəti ilə dualarla torpağa tapşırılır.

Qəbir daşları adlarının yerinə nömrələlər vurulur. Bu isə həm dəfn prosesini tezləşdirmək, həm də mərhumların yaxınlarının onların məzarını tapmasını asanlaşdırmaq üçün həyata keçirilir. Cəsədlər onları müxtəlif şəhərlərdə dəfn etmək istəyən yaxınlarına da çatdırılır.














AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu