İran 2022-ci ilin martından bəri silah ixracını üç dəfə artırıb


İranın silah ixracı 2022-ci ilin mart və dekabr ayları arasında keçən ilin eyni dövrü ilə müqayisədə üç dəfə artıb.


AFN.az xəbər verir ki, bunu İRNA xəbər agentliyi İran müdafiə nazirinin müavini general Seyid Mehdi Fərrahiyə istinadən yayıb. Nazir müavini bildirib ki, müdafiə təyinatlı məmulatların ixracı tədricən inkişaf edir, bu istiqamətdə il ərzində (İran təqvimi ilə 1401, 2022-ci il martın 21-də başlayıb) əvvəlki illə müqayisədə 3 dəfə artım qeydə alınıb.

Seyid Mehdi Fərrahinin sözlərinə görə, ölkədə hərbi sənaye kompleksinin intensiv inkişafına on il bundan əvvəl başlanılıb: "Bunun nəticəsi yerli hərbi texnikanın təlimlərdə iştirakının nəzərəçarpacaq dərəcədə artması oldu: təkcə son bir ildə onun payı 10% artaraq 93%-ə çatdı".
Nazir müavini onu da vurğulayıb ki, İranının dünyada müxaliflərinin sayı çox olduğuna görə müdafiə sənayesi özəl şəxslərin deyil, hökumətin əlində olmalıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu