Rusiya “Tsirkon” hipersəs raketlərini sınaqdan keçirəcək


Rusiya Prezidenti Vladimir Putin “Tsirkon” hipersəsli raket sistemləri ilə təchiz edilmiş “Admiral Qorşkov” freqatının istismara verilməsi mərasimində iştirak edib.


AFN.az-ın məlumatına görə, “Admiral Qorşkov” freqatının döyüş xidmətinə daxil olması mərasimində Rusiya Federasiyasının Prezidenti “tsirkon”ların kütləvi istehsalına başlayan müdafiə sənayesi mütəxəssislərinə təşəkkür edib. Dövlət başçısı bu freqatın hərbi yürüşə başlamasını əlamətdar hadisə adlandırıb.
“Admiral Qorşkov freqatı uzun dəniz səyahətinə başlayır. Burada qeyri-adi heç nə yoxdur, bu adi bir şeydir. Amma bu dəfə gəmi analoqu olmayan ən son "Tsirkon" hipersəsli raket sistemi ilə təchiz olunub, bu dəniz bazalı hipersəs sistemidir”.
Prezident freqatın son nəsil digər silahlarla da təchiz edildiyini bildirib. Putin dünyanın heç bir ölkəsində bu unikal silahın analoqunun olmadığını deyib. Prezident əmin olduğunu bildirib ki, belə güclü silahlar Rusiyanı potensial xarici təhlükələrdən etibarlı şəkildə qoruyacaq və ölkənin milli maraqlarının təmin olunmasına kömək edəcək. O əlavə edib ki, Rusiya Federasiyası silahlı qüvvələrinin döyüş potensialını inkişaf etdirməyə, yaxın onilliklərdə ölkənin təhlükəsizliyinin keşiyində duran perspektivli silah və texnika modellərini istehsal etməyə davam edəcək.
Öz növbəsində, müdafiə naziri Sergey Şoyqu prezidentə bildirib ki, freqat Atlantik, Hind okeanları və Aralıq dənizi üzərindən uzun səyahətə çıxır və “Tsirkon” hipersəs raketlərinin istifadəsi sınaqdan keçiriləcək.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu