Putin "Vaqner"in qanuni olaraq mövcud olmadığını deyib


Rusiya prezidenti Vladimir Putin "Vaqner" muzdlu qrupunun qanuni olaraq mövcud olmadığını bildirib. "Bizim özəl hərbi şirkətlərlə bağlı qanunumuz yoxdur. Deməli, qanun yoxdursa, muzdlu şirkət də yoxdur. Belə bir hüquqi şəxs yoxdur", - deyə Rusiya lideri bildirib.


“Kommersant” qəzetinə açıqlamasında Vladimir Putin Rusiya administrasiyasına qarşı üsyan edən muzdlu qrup "Vaqner"lə bağlı qiymətləndirmələr edib.

Vəziyyətin Rusiya cəmiyyəti üçün çox aydın olduğunu deyən Putin Vaqner döyüşçülərinin şərəflə döyüşdüyünü, lakin 24 iyun qiyamına çəkildiyini və bunun üzücü olduğunu bildirib.

“Onlarla görüşümdə bir tərəfdən döyüş meydanında etdiklərini, digər tərəfdən 24 iyun hadisələri zamanı etdiklərini dəyərləndirdim. Mən onun gələcək xidməti üçün mümkün variantları, o cümlədən münaqişələrdə iştirakını göstərmişəm”, - deyə o bildirib.

"Vaqner" döyüş birliyi olaraq mövcud olmağa davam edəcəkmi" sualına Putin belə cavab verib: "Vaqner" muzdlu şirkəti yoxdur. Şəxsi hərbi şirkətlərlə bağlı qanunlarımız yoxdur. Deməli, qanun yoxdursa, muzdlu şirkət də yoxdur. Belə bir hüquqi şəxs yoxdur. Qrup var, amma qanuni olaraq mövcud deyil".

Muzdlu şirkətlərin leqallaşdırılmasının ayrı bir məsələ olduğuna diqqət çəkən dövlət başçısı bu məsələnin parlament və hökumət səviyyəsində həll edilməli olduğunu və çətin məsələ olduğunu vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu