Tərtərdə iki minik avtomobili toqquşaraq mikroavtobusa çırpılıb, ölən və yaralananlar var


Tərtər rayonunda bir nəfərin ölümü, daha bir neçə nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, "Kia" və "Pirus" markalı minik avtomobilləri toqquşaraq yolun kənarında dayanan mikroavtobusa çırpılıb.

Hadisə nəticəsində bir nəfər ölüb, 10-dan çox adam isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda ölən və yaralıların kimliyi, eləcə də hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu