“Qəbələ” Konfrans Liqasında mübarizəni dayandırdı

UEFA Konfrans Liqasında mübarizə aparan qəbələ ikinci təsnifat mərhələsinin cavab görüşündə Macarıstan “Fehervar”ı ilə üz-üzə gəlib.
Əyalət təmsilçisi matçdan 2:1 hesablı qələbə ilə ayrılıb.
Komandanın qollarını Rövlan Muradov və Felipe Santos vurub. Lakin ilk görüşdə 1:4 hesabı ilə uduzan Elmar Baxşıyevin yetirmələri mərhələ adlaya bilməyib.