“Qarabağ” - “Sürix” oyununun biletləri satışa çıxarılır


UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Sürix” (İsveçrə) oyununun biletləri satışa çıxarılır.


Sabah - iyulun 15-i saat 11:00-dan satışa çıxarılacaq biletlərin qiyməti müvafiq olaraq 5, 10, 20 və 50 manat təşkil edir.

Biletləri “Iticket.az”ın satış məntəqələrindən (11:00-dan 20:00-dək) və “iticket.az”da onlayn qaydada, eləcə də Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopundan (11:00-dan 20:00-dək) və Tofiq Bəhramov adına Respublika stadionun kassalarından (11:00-dan 20:00-dək) əldə etmək mümkündür.

Qeyd edək ki, iyulun 19-da Tofiq Bəhramov adına Republika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu