Ukraynaya göndəriləcək “Bayraktar” dronu Litvaya çatdırılıb
Ukraynaya üçün nəzərdə tutulan “Bayraktar” döyüş pilotsuz təyyarəsi Litvaya təhvil verilib.
Bu barədə bazar ertəsi Ukraynanın müdafiə naziri Arvidas Anuşauskas bildirib.
“Vanaqas” (lit. “Şahin”) adlı “Bayraktar” bütün təchizatı ilə birlikdə artıq Litvadadır!”, – deyə nazir “Facebook” sosial şəbəkəsində qeyd edib. Onun sözlərinə görə, Mindauqasın tacqoyma günü (6 iyul) Litva Hərbi Hava Qüvvələrinin Şaulyay bazasında pilotsuz təyyarənin rəsmi təqdimatı keçiriləcək.
Mənbə: Delfi