“Qalatasaray”ın baş məşqçisi istefaya göndərildi
Türkiyənin “Qalatasaray” klubu baş məşqçi Domenek Torrenlə yollarını ayırıb.
AFN.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yerləşdirilib.
Baş məşqçi Domenek Torren Font ilə yanaşı, onun köməkçiləri Jordi Gris Vila, Jordi Guerrero Costa, Julian Jimenez Serrano və Ricard Segarra Aragay da istefaya göndərilib.
Qeyd edək ki, "sarı-qırmızılı"ların hazırkı baş məşqçisi Domenek Torrenlə yollarını ayırmasından sonra “Qalatasaray”ın sabiq futbolçusu Okan Burukun rəsmi şəkildə açıqlanacağı gözlənilir.