Millətlər Liqası: Yığmamızın yer alacağı səbət bəlli olub


Dekabrın 16-da UEFA Millətlər Liqasında 2022/2023 mövsümünün püşkü atılacaq.


Tədbir İsveçrənin Montrö şəhərində keçiriləcək.

Əvvəlki mövsümlərdə olduğu kimi A, B və C Liqalarının hərəsində 16 yığma, D Divizionunda isə 7 komanda mübarizə aparacaq.

C Liqasında yer alan Azərbaycan millisi püşkatmaya 3-cü səbətdən qatılacaq.

Qeyd edək ki, Mİllətlər Liqasında yeni mövsümə 2022-ci il iyunun 2-də start veriləcək.

Millətlər Liqasının təqvimi

I tur: 2 - 4 iyun

II tur: 5 - 8 iyun

III tur: 9 - 11 iyun

IV tur: 12 - 14 iyun

V tur: 22 - 24 sentyabr

VI tur: 25 - 27 sentyabr

Final mərhələsi: 14 - 18 iyun 2023-cü il.(Report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu