ATƏT PA-nın xüsusi nümayəndəsi Azərbaycana gəlir


ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kari Henriksen Azərbaycana səfər edəcək.


Bu barədə qurumun rəsmi saytında məlumat paylaşılıb.

Məlumata əsasən, sentyabrın 18-dən 19-na kimi Gürcüstanda səfərdə olan Kari Henriksen regiona qayıtmaq niyyətindədir. Bildirilir ki, bu məqsədlə ATƏT PA-nın xüsusi nümayəndəsi Ermənistan və Azərbaycana səfər edəcək.

Səfər çərçivəsində ölkələrdəki daxili, həmçinin daha geniş regional məsələlərin müzakirə ediləcəyi gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu