2 milyondan çox vergi borcu olan şirkət ƏƏSMN-nin tenderinin qalibi oldu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə fərdi evlərin tikinti işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Azadinfo.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Ece Group" MMC-dir.
Qalib şirkətə 1 milyon 741,8 min mant ödəniləcək.
Qeyd edək ki, "Ece Group"un dövlət büdcəsinə 2 min 087,8 manat vergi borcu var.