Üç erməni istehkamçı Qarabağda kaset bombasına düşdü

Üç erməni istehkamçı Qarabağda kaset bombasının partlaması nəticəsində yaralanıb.
Erməni mətbuatının yazdığına görə, avqustun 11-i səhər saatlarında Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycanın Xocavənd rayonunun Yenikənd kəndi ərazisində "mühəndislik tədqiqatları" apararkən üç erməni istehkamçısı kaset bombasına düşüb. Partlayış nəticəsində xəsarət alan erməni istehkamçılarından birinin vəziyyəti ağırdır.