5 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlandı


Ucarda 5 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü ( yol-istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.


Hazırda cinayət işi üzrə müəyyən ekspertizalar keçirilir.

Qeyd edək ki, hadisə gecə saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. Zaqatala rayon sakini, 1970-ci il təvəllüdlü Nazim Axundovun idarə etdiyi "Vito" markalı mikroavtobus Gədəbəy rayon sakini, 1984-ci il təvəllüdlü Sərxan Abdullayevin idarə etdiyi "Howo" markalı yük maşınının arxa hissəsinə çırpılıb.

Nəticədə sürücü N. Axundov və sərnişinləri - Zaqatala rayon sakinləri, 1985-ci il təvəllüdlü Eyvaz İbrahimov, 2004-cü il təvəllüdlü Yusif Yusubov, hələlik şəxsiyyətləri məlum olmayan 50-52 və 25-30 yaşlı qadınlar dünyasını dəyişiblər. Xaçmaz rayon sakini, 2002-ci il təvəllüdlü Rəcəb Ramin oğlu Mustafayev və Hürü adlı qız aldıqları xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Hürünün vəziyyəti daha ağır olduğundan o, Göyçay Rayon Xəstəxanasına göndərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu