Hörmüz boğazında Hindistanın 37 gəmisi mühasirədə qalıb


Yaxın Şərqdə alovlanan genişmiqyaslı müharibə dəniz ticarətinə ağır zərbə vurub.

Hindistan Milli Gəmi Sahibləri Assosiasiyasının məlumatına görə, hazırda Hörmüz boğazı ətrafında Hindistan bayrağı altında üzən 37 gəmi və 1109 heyət üzvü çıxılmaz vəziyyətdə qalıb. Təhlükəli zonada qalan gəmilərin bir hissəsi yüklənmiş halda, digərləri isə növbə gözləyərkən hərbi əməliyyatların mərkəzinə düşüb. Gəmi sahibləri rəsmi Dehlidən dənizçilərin təhlükəsiz keçidini təmin etmək üçün təcili müdaxilə xahiş ediblər.

Bölgədəki kritik vəziyyət fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlardan sonra pik həddə çatıb. Tehran, o cümlədən ali rəhbər Ayətullah Əli Xamneyinin həlak olduğu zərbələrə cavab olaraq, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazını tam nəzarətə götürdüyünü elan edib. Artıq boğazdan keçməyə cəhd edən 10 neft tankeri raket və PUA-larla vurulub. SEPAH bölgədən keçmək istəyən istənilən gəmini məhv edəcəyi ilə hədələyir ki, bu da qlobal enerji daşımalarını iflic vəziyyətinə salıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu