Aİ ölkələri arasında İsrailə sanksiyaların tətbiqi təklifi ilə bağlı razılıq yoxdur
Avropa İttifaqı ölkələri Qəzza zolağındakı vəziyyətə görə İsrailə qarşı sanksiyaların tətbiqi ilə razılaşmır.
AFN.az xəbər verir ki, bunu Çexiyanın xarici işlər naziri Yan Lipavski Aİ xarici işlər nazirlərinin Lüksemburq görüşünə gələrkən jurnalistlərin sualına cavabında deyib.
“Hazırda, mənim fikrimcə, belə sanksiyaların qəbulu ilə bağlı heç bir razılıq yoxdur. Bu mövqe yalnız bəzi Aİ dövlətləri tərəfindən bölüşdürülür”, - deyə nazir qeyd edib.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen isə sentyabrın 10-da Strasburqda Avropa Parlamentində illik çıxışı zamanı bəyan edib ki, AK İsraillə qarşılıqlı əlaqələri məhdudlaşdırmaq, hökumət üzvlərinə qarşı sanksiyalar tətbiq etmək və Aİ ilə Assosiasiya Sazişini dayandırmaq niyyətindədir.


