İrlandiya XİN: AB İsrailə 10 müxtəlif sahədə məhdudiyyətlər qoya bilər
Avropa İttifaqı ölkələri İsrailin Qəzza zolağındakı hərəkətləri ilə bağlı qınama sözlərinin vaxtının keçdiyini qəbul etməli və Avropa yəhudi dövlətinə məhdudiyyətlər qoymaq üçün konkret addımlar atmağa başlamalıdır.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu İrlandiyanın xarici işlər naziri Simon Harris bildirib ki, İsrail ilə Assosiasiya Sazişinin və digər müqavilələrin nəzərdən keçirilməsi çərçivəsində Aİ 10 müxtəlif sahədə sanksiya tətbiq edə bilər.
"Mən İrlandiya xalqı adından bildirmək istəyirəm ki, qınama sözləri üçün vaxt bitməlidir, qınama sözləri vacibdir, lakin açıq şəkildə kifayət deyil. Biz uzun müddətdir ki, İsrail-Avropa İttifaqı Assosiasiyası Sazişinin yenidən qiymətləndirilməsinin tərəfdarıyıq. İsrailin insan hüquqları ilə bağlı öhdəliklərinə uyğun yaşamadığı tamamilə aydındır. Dünya indi hərəkətə keçib-keçməyəcəyini görmək üçün Avropaya baxır, Avropanın İsrailə qarşı sanksiyaların və ya digər tədbirlərin tətbiq oluna biləcəyini müəyyən etdiyi 10 fərqli sahə var”, - deyə Harris Kopenhagendə keçirilən AB xarici işlər və müdafiə nazirlərinin qeyri-rəsmi görüşündə bildirib.
O əlavə edib ki, görüş zamanı bütün Aİ ölkələrinin nümayəndələri ilə mümkün məhdudiyyətləri müzakirə etmək niyyətindədir. Potensial sanksiyaların məqsədi Qəzza zolağında atəşkəsə nail olmaq, anklavlara humanitar yardımın çatdırılmasını, həmçinin Fələstinin HƏMAS radikal hərəkatı tərəfindən saxlanılan israilli girovların qaytarılmasını təmin etməkdir. Harrisin fikrincə, Aİ-nin sözlərini hərəkətlə dəstəkləməsinin vaxtı çatıb.

