Aİ İsrailə qarşı sanksiya variantlarını nəzərdən keçirir


Avropa diplomatiyasının rəhbəri Kaja Kallas gələn həftə İsrailin Qəzza zolağında hərbi əməliyyatı ilə əlaqədar ona qarşı məhdudlaşdırıcı tədbirlərin görülməsi variantlarını açıqlayacaq.



AFN.az xəbər verir ki, bu barədə "Euractiv" portalı mənbələrə istinadən məlumat yayıb.



Onların məlumatına görə, İsrailin Aİ ilə Assosiasiya Sazişinin tam və ya qismən dayandırılması, məmurlara, hərbçilərə və məskunlaşanlara qarşı sanksiyalar da daxil olmaqla bir neçə ssenari nəzərdən keçirilir. Bundan əlavə, mənbələrə görə, Aİ İsraillə ticarəti məhdudlaşdıra, silah embarqosu tətbiq edə və ya elmi-texniki əməkdaşlığı dayandıra bilər.



Aİ ilə Assosiasiya Sazişinin dayandırılması o halda mümkündür ki, bu tədbir milli hökumətlər tərəfindən yekdilliklə dəstəklənsin. Portalın həmsöhbətlərinin sözlərinə görə, ən ehtimal olunan variant Avropa İttifaqının Avstraliya, Böyük Britaniya, Kanada, Yeni Zelandiya və Norveç kimi yalnız konkret şəxslərə qarşı sanksiyalarla kifayətlənməsidir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu