Aİ Rusiyanın tərəfdaşlarına qarşı sanksiyaları müzakirə edəcək
Avropa İttifaqı ilk dəfə olaraq Rusiyanın tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməyə cəhd etmək niyyətindədir.
AFN.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" məlumat yayıb.
Bu, ittifaqın xarici işlər nazirlərinin avqustun 29-30-da Kopenhagendə qeyri-rəsmi görüşdə müzakirə edəcəkləri 19-cu məhdudiyyətlər paketi çərçivəsində planlaşdırılır.
Agentlik qeyd edir ki, Aİ tarixən ikinci dərəcəli sanksiyaların tətbiqinin əleyhinə olub. “Lakin Aİ indi Rusiyaya qarşı yeni məhdudiyyətlər paketi hazırlayır, bu paket həftələr ərzində qəbul edilməlidir və görünür, Avropa İttifaqı birbaşa Rusiyaya qarşı mümkün sanksiyaların həddinə çatıb” - deyə məlumatda bildirilir.
"Bloomberg" qeyd edir ki, bu ikinci dərəcəli sanksiyalar Rusiyanın məhdudiyyətləri aradan qaldırmaq tədbirlərinə qarşı yönəlmiş ola bilər və Avropa İttifaqının sanksiyalardan yan keçmək cəhdində şübhələndiyi bəzi mal və texnologiyaların üçüncü ölkələrə tədarükünə qoyulan qadağalardan ibarət ola bilər.



