İsveçrə Aİ-nin Rusiyaya qarşı 14-cü sanksiyalar paketi çərçivəsində yeni tədbirlər görüb
İsveçrə Avropa İttifaqının 14-cü anti-Rusiya sanksiyalar paketi çərçivəsində Rusiya Federasiyasına qarşı yeni məhdudiyyətlər tətbiq edib.
AFN.az xəbər verir ki, bu barədə ölkə hökumətinin saytında dərc olunmuş məlumatda deyilir.
“21 avqust 2024-cü ildə Federal Şura AB-nin Rusiyaya qarşı 14-cü sanksiyalar paketinin bir sıra digər tədbirlərinə qoşulmaq barədə qərar qəbul edib. Səlahiyyətlilər xatırladıblar ki, İsveçrə iyulun 9-da Aİ-nin anti-Rusiya məhdudiyyətləri paketinə qoşulub və sanksiya siyahısına 69 şəxs və 47 təşkilat əlavə edib".
Xüsusilə, yeni tədbirlər çərçivəsində ölkə hökuməti Rusiya almazlarının idxalına qoyulan qadağanın meyarlarına aydınlıq gətirib və bu yolla onların beynəlxalq səviyyədə uyğunlaşdırılacağını qeyd edib.
Federal Şura həmçinin Rusiyadan investisiyaların çıxarılması üçün icazələrin verilməsi müddətini uzadıb.
İyunun 24-də Aİ 14-cü sanksiyalar paketi çərçivəsində 116 Rusiya fiziki və hüquqi şəxsinə qarşı məhdudiyyətlər tətbiq edib. Sənədə əsasən, Avropa İttifaqı, həmçinin Qazaxıstan, Qırğızıstan, Çin, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə də daxil olmaqla, icmadan kənar ölkələrdən 61 firmaya qarşı ikili təyinatlı mal və texnologiyaların ixracına məhdudiyyətlər qoyub.