İsveçrə Avropa İttifaqının 13-cü anti-Rusiya sanksiyalar paketinə qoşulub


İsveçrə Avropa İttifaqının 13-cü sanksiyalar paketində yer alan anti-Rusiya tədbirlərinə qoşulub.



Bu barədə martın 1-də Federal Şura məlumat yayıb.

“29 fevral 2024-cü ildə sanksiyalara cavabdeh olan Federal İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar Departamenti Rusiyaya qarşı yeni tədbirlər görüb. Beləliklə, İsveçrə Aİ-nin 13-cü sanksiyalar paketinə qoşulur”, - deyə məlumatda bildirilir.

Tədbirlər martın 1-də yerli vaxtla saat 18:00-da qüvvəyə minib. İsveçrə hökuməti qeyd edib ki, Federal İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar Departamenti İsveçrə sanksiyaları rejimini əlavə olaraq 106 fiziki şəxs və 88 şirkət və təşkilata qədər uzadıb.

Bern izah edib ki, bu yaxınlarda yeni sanksiyalara məruz qalan şəxslərin və təşkilatların əksəriyyəti Rusiya hərbi-sənaye kompleksində, o cümlədən raketlərin, pilotsuz təyyarələrin, zenit-raket sistemlərinin və digər hərbi texnikanın istehsalı sahəsində fəal işləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu