Avropa Komissiyası İsrailə qarşı sanksiyalar planlayır


Avropa Komissiyası (AK) İsraillə əməkdaşlığı məhdudlaşdırmaq, onun hökumət üzvlərinə qarşı sanksiyalar tətbiq etmək və Aİ ilə Assosiasiya sazişini dayandırmaq niyyətindədir.

AFN.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasında Avropa İttifaqındakı işlərin vəziyyəti ilə bağlı çıxış edən AK rəhbəri Ursula fon der Leyen bildirib.

“Biz İsrailə dəstəyimizi dayandırırıq, bu ölkənin vətəndaş cəmiyyəti ilə əməkdaşlığımıza təsir etməyən bütün ödənişləri dayandıracağıq, həmçinin ekstremist mövqe tutan İsrailin bir sıra nazirlərinə qarşı sanksiyaların tətbiq edilməsini təklif edəcəyik”, - deyə o bildirib. Eyni zamanda, AK rəhbəri etiraf edib ki, Avropa İttifaqı yəhudi dövlətinə qarşı sanksiyalarla bağlı ortaq qərara gəlməkdə çətinlik çəkəcək.

Onun sözlərinə görə, Qəzzada baş verənlər fəlakətlidir və qəbuledilməzdir. "İnsan tərəfindən yaradılan aclıq heç vaxt silaha çevrilməməlidir. Uşaqlar naminə, bütün bəşəriyyət naminə buna son qoyulmalıdır", - deyə fon der Leyen əlavə edib.

AK rəhbəri müstəqil Fələstin dövlətinin yaradılması ideyasının məhv edilməsinin qarşısını almağa çağırıb. O qeyd edib ki, Fələstin-İsrail münaqişəsinin həlli iki dövlətin - İsrail və Fələstin yaradılması konsepsiyasının həyata keçirilməsindən ibarət olmalıdır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu