Avropa Komissiyası Rumıniya və Bolqarıstanı dərhal Şengenə qəbul etmək istəyir


Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Strasburqda Avropa Parlamentinin plenar iclasında Aİ ölkələrini Rumıniya və Bolqarıstanı Şengen zonasına dərhal qəbul etməyə çağırıb.


TASS xəbər verir ki, bunu Avropa Komissiyasının audiovizual xidməti yayıb. “Avropa İttifaqının vəziyyəti” mövzusunda illik çıxış edən AK rəhbəri qeyd edib ki, Bolqarıstan və Rumıniya Şengenin bir hissəsi olduqlarını sübut ediblər, çünki sığınacaq və repatriasiya sahəsində ən yaxşı təcrübələrdən yararlanaraq yaxşı nümunə göstəriblər.

"Gəlin nəhayət, gecikmədən onları içəri buraxaq" - deyə fon der Leyen bildirib.

Avropa Şurasının rəhbəri Çarlz Mişel bəyan etmişdi ki, Rumıniya Şengen zonasına daxil olmaq üçün bütün meyarlara cavab verir və 2023-cü ildə ona qoşula bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu