Almaniya Bolqarıstan və Rumıniyanın Şengen üzvlüyünü ratifikasiya etməyə hazırdır


Almaniya Bolqarıstan və Rumıniyanın Avropada vizasız və sərhədsiz gediş-gəliş imkanı verən Şengen zonasına daxil olmasını təsdiqləməyə hazırdır.


AFN.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolz bildirib.

Şolz Avstriyanın Zalsburq şəhərində Avstriya kansleri Karl Nehammer ilə görüşdən sonra birgə mətbuat konfransı keçirib.

Almaniyanın Avropa Birliyinin (AB) daha da inkişaf etdirilməsinin tərəfdarı olduğunu bildirən Şolz, "Bura, əlbəttə ki, Aİ-yə üzv ölkələrin Şengen zonasına qoşulma imkanları daxildir. Biz Bolqarıstan və Rumıniya üçün konkret razılıq verməyə hazırıq" - deyə bildirib.

O, AB daxili işlər nazirlərinin sığınacaq sistemində islahat mövzusunda konsensusa gəlmələri ilə bu mövzuda böyük bir addım atıldığını qeyd edərək, bu məsələnin qanunvericilik müddəti bitmədən yekunlaşacağını deyib.

Şolz ölkəsinə gələn qeyri-qanuni miqrantların sayının artması səbəbindən Almaniya-Avstriya sərhədində nəzarətin zəruri olduğunu bildirib.

Avstriyanın Baş naziri Nehammer də qeyri-qanuni miqrantlar mövzusunda Almaniya ilə hərəkət etmək istədiklərini ifadə edərək, AB-nin xarici sərhədlərinin təsirli şəkildə qorunması mövzusunda Şolz ilə həmfikir olduqlarını ifadə edib.

İki baş nazir Almaniya və Avstriya arasında enerji sahəsində əməkdaşlığı inkişaf etdirəcəklərini qeyd ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu