Qəzzada 150-dən çox Fələstin əsiri xaricə deport ediləcək
İsrail həbsxanalarından azad ediləcək Fələstin əsirləri, atəşkəs razılaşması çərçivəsində, digər ölkələrə deport ediləcək.
AFN.az xəbər verir ki, bu barədə Qəzza idarəçiləri məlumat yayıblar. Bildirilir ki, ümumilikdə 154 nəfər azad olunacaq.
Azad ediləcək şəxslərin siyahısına FƏTƏH və HƏMAS hərəkatlarının tərəfdarları, həmçinin “İslam Cihadı” və “Fələstin Xalq Azadlıq Cəbhəsi” (FXAC) təşkilatlarının üzvləri daxildir. Onlar İsraildən çıxarıldıqdan sonra Fələstin torpaqlarından kənara göndəriləcək.



