Britaniya parlamentində Qəzza ilə bağlı oturaq etiraz aksiyası keçirilib
İsrailin Qəzza zolağına hücumları oktyabrın 7-dən bu yana davam edərkən, Fələstin Həmrəyliyi Kampaniyası (PSC) üzvləri İngiltərənin paytaxtı Londonda parlamentdə oturaq etiraz aksiyası təşkil ediblər.
İsrail ilə Fələstin arasında sabah başlayacaq 4 günlük "humanitar pauza"nın kifayət etmədiyini bildirən nümayişçilər, daimi atəşkəs və Qəzza zolağında blokadanın qaldırılmasını istəyiblər.