Qəzza zolağında internet və rabitə bərpa olunub
Fələstin Qızıl Aypara Cəmiyyəti (PRCS) Qəzza zolağında internet və telefon rabitəsinin bərpa olunduğunu bildirib.
Fələstin provayderləri "Paltel" və "Jawwal" noyabrın 5-də Qəzzada rabitə və internetin işləmədiyi barədə xəbərdarlıq ediblər.
“Bir müddət əvvəl Qəzza zolağında telekommunikasiya və internet xidmətləri İsrail hakimiyyəti tərəfindən qəsdən və zorla kəsildikdən sonra bərpa edilib. Bu təkrarlanan fasilələr fəlakətlərə cavab verən qrupların, xüsusən də tibbi qrupların problemlərini daha da artırır”, - PRCS sosial media hesabındakı açıqlamasında bildirib.