BMT: Qəzzanın xarici dünya ilə əlaqəsi kəsilib
BMT-nin Fələstin Humanitar Məsələləri üzrə Koordinatoru Hastinqs bildirib ki, Qəzzanın intensiv bombardmanlara görə xarici dünya ilə əlaqəsi kəsilib.
"Müharibənin qaydaları var. Vətəndaşlar qorunmalıdır" - deyə Hastinqs vurğulayıb.
Qeyd edək ki, Fələstin Telekommunikasiya Şirkəti bir neçə saat əvvəl açıqlama verərək, Qəzza zolağında stasionar, mobil telefon və internet rabitə xidmətlərinin tamamilə kəsildiyini bildirib.