"Al Hadath": "40 israilli girovun azad edilməsi məsələsi müzakirə edilir"


Parisdə Fələstin-İsrail münaqişəsinə dair danışıqlarda Qəzza zolağında saxlanılan 40 isarilli girovun 200-300 fələstinli məhbus müqabilində azad edilməsi məsələsi müzakirə edilir.



Bu barədə 24-də "Al Hadath" telekanalı məlumat yayıb.

İsrail mediası da Fələstinin Həmas hərəkatı ilə girovların mübadiləsi və atəşkəs haqqında saziş layihəsini təsdiqləyib. Belə ki, Ynet mənbəyə istinadən xəbər verir ki, azad ediləcək fələstinli girov və məhbusların adları, həmçinin atəşkəs şərtləri ilə bağlı razılıq əldə olunacaq.

Bir gün əvvəl ABŞ dövlət katibi Antoni Blinken Rio-de-Janeyroda mətbuat konfransı zamanı bildirib ki, G20 ölkələrinin məqsədi Qəzzada humanitar fasilənin uzadılması, habelə Fələstin HƏMAS tərəfindən girov götürülən insanların azad edilməsidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu