KİV: Tramp razılaşmanın ilk 2 günündə Qəzzada məhbusların azad edilməsini tələb edir


ABŞ prezidenti Donald Tramp HƏMAS-dan atəşkəs razılaşmasından sonra 48 saat ərzində Qəzza zolağında saxlanılan bütün israilli girovları azad etməyi və ölən məhbusların cəsədlərini təhvil verməyi tələb edib.

AFN.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Bildirilir ki, Amerika prezidentinin təklifində anklavda hərbi əməliyyatların dayandırılması ilə bağlı danışıqların sazişin qüvvəyə minməsindən dərhal sonra başlayacağına dair “şəxsi təminatlar” da var. Telekanal qeyd edib ki, Qəzzada atəşkəs Ağ Ev rəhbərinin təşəbbüsü ilə 60 gün müddətində qüvvədə olacaq, lakin lazım gələrsə, məsləhətləşmələrin sonuna qədər uzadıla bilər.

Bundan əvvəl Tramp bildirib ki, o, HƏMAS-dan Qəzza zolağında münaqişənin həlli ilə bağlı şərtlərini qəbul etməyi tələb edib və bunun “son xəbərdarlıq” olduğunu vurğulayıb. Radikallar isə öz növbəsində Qəzzə ilə bağlı “dərhal danışıqlar masasına qayıtmağa” hazır olduqlarını təsdiqləyiblər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu