HƏMAS: Qəzzada atəşkəs razılaşmasını yerinə yetirməyə davam etməyə hazırıq

HƏMAS İsraillə Qəzza zolağında atəşkəs haqqında razılaşmanın icrasını davam etdirməyə və razılaşmanın növbəti mərhələsinə keçməyə hazır olduğunu bəyan edib.
Bu barədə hərəkatın Telegram kanalında dərc olunan bəyanatda deyilir.
“Qəzzada atəşkəs və fələstinli əsirlərin anklavda saxlanılan israillilərlə dəyişdirilməsinə dair razılaşmanın həyata keçirilməsinin birinci mərhələsinin başa çatması ilə HƏMAS əldə olunmuş razılaşmanın bütün bəndlərini, bütün mərhələlərdə və bütün təfərrüatlarla yerinə yetirməyə tam sadiqliyini təsdiqləyir”, - deyə mətndə deyilir.
Hərəkat həmçinin beynəlxalq ictimaiyyəti razılaşmanın ikinci mərhələsinə “dərhal” keçməsi üçün İsrailə təzyiq göstərməyə çağırıb.