HƏMAS bütün israilli girovları azad etməyə hazır olduğunu bildirib

HƏMAS hərəkatı qalan bütün israilli girovlarını eyni vaxtda azad etməyə hazır olduğunu açıqlayıb.
AFN.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Kanalın məlumatına görə, HƏMAS Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsi üzrə danışıqlarda öz mövqelərini açıqlayan bəyanat yayıb. “Biz daimi atəşkəsə və Qəzza zolağından tamamilə geri çəkilməyə səbəb olacaq razılaşma əldə etdikdən sonra məhbusların bir anda dəyişdiriləcəyi ikinci mərhələyə hazırıq”, - deyə bəyanatda qeyd edilir.
Radikallar yeni təşəbbüsü ABŞ prezidenti Donald Trampın Qəzzada saxlanılan israilli məhbusların həftəlik mərhələli şəkildə azad edilməsinə qarşı çıxışından sonra elan ediblər. Onların ailə üzvləri də HƏMAS-ı bütün girovları dərhal azad etməyə çağırıb.