Həmas İsraillə qarşılıqlı məhbus mübadiləsinə hazır olduğunu bildirib
Fələstinin HƏMAS hərəkatı İsrail fələstinli məhbusları azad edəcəyi təqdirdə israilli məhbusları azad etməyə hazırdır.
Bunu HƏMAS lideri Usamə Həmdan deyib.
Əl-Cəzirə onun sözlərini sitat gətirib: "İsrail düşməni məhbuslarımızı azad edərsə, Həmas saxladığı israilli məhbusları azad edəcək. Biz vasitəçilərin təcavüzün dayandırılması və məhbusların mübadiləsi ilə bağlı təkliflərini çox ciddi qəbul edirik".
“Həmas bəyan edir ki, Beynəlxalq Ədalət Məhkəməsinin verdiyi istənilən atəşkəs qərarına hörmətlə yanaşacaq”, - deyə hərəkat rəhbəri qeyd edib.
Həmdan Cənubi Afrikanın tələbi ilə Beynəlxalq Ədalət Məhkəməsindəki müzakirələri maraqla izlədiyini bildirib.