Baltikyanı ölkələr və Polşa "Zapad 2025"-ə cavab olaraq təlimlər keçirəcək
Baltikyanı ölkələr və Polşa sentyabrda 40 minə qədər hərbçinin iştirakı ilə təlimlər keçirəcək.
Bu barədə LRT milli radiosunun efirində Litva ordusunun komandanı, general Raymundas Vaikşnoras məlumat verib.
“Belarus-Rusiya "Zapad" təlimlərinə güzgü cavabı olaraq, Baltikyanı ölkələr və Polşa 40 minə yaxın əsgərin iştirakı ilə regional manevrlər keçirəcək", - deyə o bildirib.
Komandir Litvada keçirilən təlimlərin miqyasını açıqlayıb: “Bir neçə mərhələdə Perkuno Qrausmas təlimlərinin sentyabr və oktyabr aylarında keçirilməsi planlaşdırılır. Onlarda 10 minə yaxın əsgərimiz və 6 minə yaxın NATO müttəfiqimiz iştirak edəcək”, - deyə general qeyd edib.



