Polşa NATO daxilində "artan gücə" çevrildiyini iddia edir


Polşanın xarici işlər naziri Zbiqnev Rau bildirib ki, onun ölkəsi və Baltikyanı ölkələr NATO alyansı daxilində “artan təsirə” çevrilib.


AFN.az-ın Anadolu-ya istinadən xəbərinə görə, Litvanın paytaxtı Vilnüsdə keçirilən təhlükəsizlik siyasəti konfransında "Qar yığıncağı" adlandırılan görüşdən sonra qiymətləndirmələr edən Rau, Polşa, Litva və Baltikyanı ölkələrin NATO-nun şərq qanadını təşkil etdiyini bildirib.

İclasda Almaniya hökumətini Ukraynaya Leopard tankları verməyə razı salmaq məsələsinin də gündəmdə olduğunu bildirən Rau, "Fikir ayrılıqları var, amma optimistəm. Polşa və Baltikyanı ölkələr NATO alyansı daxilində böyüyən təsirə çevrilirlər” - kimi fikirlər səsləndirib.

Polşa-Litva əlaqələrini tərifləyən Rau bildirib ki, bu ölkələr təhlükəsizlik, enerji və nəqliyyat kimi mövzularda yekdil danışır, siyasi baxımdan da yaxındırlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu