Baltikyanı ölkələrdə Belarusla sərhədlərin bağlanması üçün təlimlər keçiriləcək


Baltikyanı ölkələr Belarusla ümumi sərhədlərin bağlanması alqoritmlərinin effektivliyini qiymətləndirmək üçün birgə təlimlər keçirəcək.


"Delfi" xəbər verir ki, bu barədə Litvanın daxili işlər naziri Aqne Bilotaite məlumat verib.

"Biz təsdiq etdik ki, bölgədəki agentliklərimiz arasında müəyyən təlimlər keçirməyi planlaşdırırıq və sərhədin bağlanması alqoritminin bu cür regional təlimlər zamanı necə işləyə biləcəyinə baxırıq" - deyə Bilotaite bildirib.

Nazirin sözlərinə görə, region ölkələri arasında bu cür əməkdaşlıq düşmən dövlətlər üçün ciddi siqnal olmalıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu