Zelenski: Üçtərəfli görüş Moskvada olmayacaq

Ukrayna prezidenti Vladimir Zelenski Vladimir Putin və Donald Trampla üçtərəfli görüşün Moskvada keçirilməsinə razı olmayacağını bildirib.
AFN.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, Zelenski belə görüş üçün mümkün yerlər arasında Avstriya, İsveçrə və Türkiyəni göstərib. “Moskvada heç bir görüş ola bilməz”, - deyə Ukrayna prezidenti vurğulayıb.
O əlavə edib ki, “Bir məkan kimi Budapeştə gəlincə, mənə elə gəlir ki, gündəmdə deyil. Düzünü desəm, Budapeşt bizi dəstəkləmədi”.