Polşa: Ukrayna üçün təhlükəsizlik təminatları hələ bəyanatlardan ibarətdir

Ukrayna üçün təhlükəsizlik təminatlarının hazırlanması hələ də qeyri-müəyyən bəyanatlar mərhələsindədir.
AFN.az xəbər verir ki, bunu jurnalistlərə Polşa hökumətinin mətbuat katibi Adam Szlapka Nazirlər Kabinetinin iclasından sonra bildirib.
"Təhlükəsizlik təminatı məsələlərinə gəlincə, biz qeyri-müəyyən bəyanatlar mərhələsindəyik. Biz başa düşürük ki, Ukraynada davamlı sülhü təmin etmək üçün Kiyevə bu təminatlar lazımdır. Ukraynaya dəstəyin təfərrüatları, məsələn, maliyyə məsələsi hələ həllini gözləyən bir məsələdir", - deyə Szlapka "istəkli ölkələrin liderləri" və Aİ liderlərinin görüşlərinin nəticələrini şərh edərkən bildirib. Onun mətbuat konfransı Polşa Nazirlər Kabinetinin sosial şəbəkələrində yayımlanıb.
Bundan əlavə, Szlapka vurğulayıb ki, Kiyevin bəzi müttəfiqlərinin buna hazır olması müzakirə olunsa da, Varşava Ukraynaya qoşun yeritmək niyyətində deyil.
Öz növbəsində, hər iki görüşdə iştirak edən Polşanın baş naziri Donald Tusk X-də yazıb ki, Avropa ölkələrinin liderləri ABŞ prezidenti Donald Trampın müharibəni dayandırmaq üçün göstərdiyi səylərə real qiymət veriblər.