Polşanın xarici işlər naziri Ukraynada qoşun yerləşdirməyi istisna edir


Qərb ölkələri öz qoşunlarını bu ölkə ərazisində yerləşdirmək üçün əməliyyata başlasa belə, Polşa Ukraynaya öz bölmələrini göndərməyəcək.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.

“Əgər Polşa bu əməliyyatın bir hissəsi olarsa, bizim bu əməliyyatda iştirakımız Ukrayna torpaqlarında polşalı əsgərlərin olmasını əhatə etməyəcək”, - deyə XİN rəhbəri ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun Ukraynaya, o cümlədən dörd Avropa ölkəsinə kontingent, o cümlədən Polşadan kontingent göndərmək planları ilə bağlı bəyanatını şərh edərkən bildirib.

Keyt Kelloqun bəyanatından sonra Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış da açıqlama verərək bildirib ki, Polşa hərbçilərinin Ukraynaya göndərilməsi planı yoxdur və olmayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu