Zaxarova: Polşa Qərbi Ukraynanı özününkü kimi görür


Polşa öz tərkibində Qərbi Ukraynanı görür.


AFN.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Polşanın xarici işlər naziri Radoslav Sikorskinin “Financial Times” qəzetinə müsahibəsini şərh edərkən deyib.

“Polşa ideoloqlarına Qərbi Ukrayna lazımdır" - deyə o bildirib.

Bundan əvvəl Sikorski "Financial Times"a müsahibəsində Polşa və Ukrayna ilə həmsərhəd olan digər ölkələrin Ukrayna üzərindən raketləri vura biləcəyi, ehtimal ki, öz sərhədlərinə doğru istiqamət götürə biləcəyi barədə fikir bildirib. Onun sözlərinə görə, Ukrayna ərazisi üzərində raketlərin tutulmasının Şimali Atlantika Alyansını münaqişəyə sürükləyə biləcəyi qorxusuna baxmayaraq, Varşava öz vətəndaşlarının təhlükəsizliyini təmin etməyə borcludur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu