Polşa Ukrayna üçün bütün ticarət güzəştlərini ləğv etmək istəyir
Varşava Ukrayna üçün bütün ticarət güzəştlərini ləğv etmək istəyir.
"RİA Novosti" xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk deyib.
Baş nazir bildirib ki, Avropa və Polşa bazarlarını və Polşa istehsalçılarını qoruyacaq dəyişikliklərə ehtiyac var. Tusk vurğulayıb ki, Polşa müharibə başlamazdan əvvəl Ukrayna və digər üçüncü ölkələrlə ticarətdə qüvvədə olan idxal qaydalarına qayıtmaq istəyir.
Avropa İttifaqı (Aİ) xüsusi hərbi əməliyyata başlayandan sonra Kiyevə kənd təsərrüfatı məhsullarının tədarükü üçün üstünlüklər verib. Baş nazirin sözlərinə görə, Varşava həqiqətən Ukraynaya kömək etmək istəyir, lakin ölkə həm də özünün və Avropanın maraqlarını müdafiə edir.