Polşa döyüşə hazırlığına çağırıb


Polşa Avropada Adi Silahlı Qüvvələr Müqaviləsində iştirakını dayandırıb və döyüşə hazırlığa çağırıb.

Polşa prezidenti Anjey Duda ölkənin 1990-cı il noyabrın 19-da Parisdə imzalanmış Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədə iştirakını dayandıran qanunu imzalayıb. Bu barədə Polşa prezidentinin mətbuat xidmətinin bəyanatında deyilir.

BBC xəbər verir ki, Polşanın baş naziri Donald Tusk bildirib ki, bütövlükdə Aİ öz təhlükəsizliyi üçün mübarizəyə psixoloji cəhətdən hazır olmalıdır.

Onun sözlərinə görə, ABŞ prezident seçkilərində kimin qalib gəlməsindən - Donald Tramp və ya Co Baydendən asılı olmayaraq, Avropa müdafiə məsələlərində daha çox özünə arxalanacağı təqdirdə Vaşinqton üçün daha sərfəli tərəfdaşa çevriləcək.

O, aydınlaşdırıb ki, Polşa iqtisadiyyatının 4%-ni müdafiəyə sərf edir və digər Avropa ölkələri də buna ÜDM-in 2%-ni ayırmalıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu