Polşa NATO-ya Ukrayna üzərindən raketləri vurmağı təklif edib


Polşa hələ fevral ayında Paris konfransı zamanı NATO-ya üzv ölkələrə Ukrayna səmasında raketlərin vurulması təklifi ilə çıxış edib.


TASS xəbər verir ki, bunu respublika prezidenti Anjey Duda deyib.

Onun sözlərinə görə, daha sonra Varşava Ukrayna ərazisi üzərində raketlər NATO-ya doğru uçarkən alyansın öz ölkələrinin ərazisini qoruması məsələsini qaldırıb. Duda qeyd edib ki, hava hücumundan müdafiə batareyaları və bu raketləri vuracaq təyyarələr alyansın üzvü olan ölkələrin ərazisində olmalıdır. O hesab edir ki, NATO-nun bu cür hərəkətləri qanuni olar.

Duda bunu Kiyevdə ukraynalı həmkarı Vladimir Zelenski və Litvanın baş naziri İnqrida Simonyte ilə birgə mətbuat konfransı zamanı deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu